Qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirində finalçılar məlum olub

Qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirində finalçılar məlum olub
13:33 9 Yanvar 2016
107 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Ankarada keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin finalçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, turnirin ilk yarımfinal görüşündə Hollandiya və İtaliya komandaları qarşılaşıb. Hər üç setdə (25:23, 25:21, 25:19) qalib gələn Hollandiya millisi finala adlayıb.
Rusiya komandası isə yarımfinalda yarışın ev sahibi Türkiyə seçməsinə qalib gəlib. Hərçənd ki, ilk setdə meydan sahibləri sevinən tərəf olublar - 25:21. Lakin bundan sonra rusiyalılar təşəbbüsü əl alıblar. İkinci setdə Rusiya komandası 25:18 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib - 1:1. Üçüncü hissədə Rusiya voleybolçuları rəqiblərini daha asan məğlub ediblər - 25:12. Dördüncü setdə isə 25:20 hesabı ilə üstün olan Rusiya voleybolçuları, ümumilikdə 3:1 hesabı ilə qələbə qazanıblar. Bununla da Rusiya millisi həlledici görüşdə Hollandiya yığmasının rəqibi olub.
Final oyunu bu gün saat 21:30-da başlayacaq.
Turnirin qalibi “Rio-2016” Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadin_voleybolchular_arasinda_Avropa_Olimpiya_tesnifat_turnirinde_finalchilar_melum_olub-917156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR