Separatçıların prezidenti istefaya gedir

Separatçıların prezidenti istefaya gedir
10:42 10 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın Kataloniya muxtar vilayətinin prezidenti Arturo Mas istefa verməyə hazırlaşır.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, sentyabrda keçirilmiş seçkilərdən sonra regionun müstəqilliyini dəstəkləyən partiyalar arasında fikir ayrılığı səbəbindən Kataloniya hökumətini formalaşdırmaq mümkün olmayıb.

Parlament koalisiyası artıq yeni liderin namizədliyi ilə bağlı razılığa gəlib. O, Jironanın meri Karlos Puçdemontdur. Onun namizədliyi rəsmən yanvarın 11-də təsdiqlənməlidir. Əks-təqdirdə avtomatik şəkildə növbədənkənar regional seçkilər təyin olunacaq.

Xatırladaq ki, Arturo Masın lideri olduğu "Birlikdə hə" partiyası sentyabr seçkilərində qalib gəlsə də, parlament çoxluğuna nail ola bilməyib. Seçkiqabağı əsas vəd vilayətin müstəqillik əldə etməsi idi. İfrat solçular Arturo Masın separatist ideyalarını dəstəkləsələr də, siyasi və iqtisadi məsələlərdə onların baxışları üst-üstə düşmür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR