Azərbaycanlı səyyah Afrikada döyüldü

Azərbaycanlı səyyah Afrikada döyüldü
12:46 10 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

“Azadlıq üçün pedalla” devizi altında dünya turuna çıxmış Azərbaycanlı velosipedçi, Yaşar Xudiyev Afrika turu zamanı Cənubi Sudanda vəhşicəsinə döyülüb.

ANS PRESS-in məlumatına görə hadisə velosipedçinin Cənubi Sudandan Keniyaya keçmək istəyərkən sərhədə 50 kilometr qalmış ərazidə baş verib. Həmyerlimiz qəfil naməlum şəxslərin hücumuna məruz qalıb. Səyyah başına gələnləri şəxsi bloqunda paylaşıb.


Yaşar Xudiyev- Azərbaycanlı səyyah

"Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar, ölümcül döydülər və başıma ən azı on daş zərbəsi vurdular. Başımı qan içində görüb öldüyümü sandılar... Bir gün sonra növbəti gün səhər yarı huşsuz , ac və başı qanlı yabanı giləmeyvələrdən yeyərək , çirkli sudan içərək sağ qaldım.Birtəhər cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı. Mənim qəhrəmanlarım , 2 gənc həkim köməkçiləri Simon və Felix o dəqiqə cərrahiyyə otağına apardılar.


Səyyahın Afrikada çəkilən şəkili

Yaralarımı yudular, başıma 10 tikiş qoydular. O vaxtdan bəri hospitaldayam. Həmin gündən Güney Sudan dövlətinin, özəlliklə Kapoeta qəsəbəsinin sakinləri qayğımı çəkirlər. İnsanlar pul gətirirlər. Məktəbli qızlar belə bir hadisənin baş verdiyini eşidəndə mənə toyuq ətiylə kartof qızartması, makaronla ət gətirirdilər. Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar. Məni küçədə görəndə kədərimi ağrılarımı paylaşırdılar. Sanki onların başına gəlib. Bütün bunlara rəğmən mən yenə də Afrikanı sevirəm..."


Səyyahın Afrikada çəkilən şəkili

Baş vermiş hadisə nəticəsində həmyerlimizin sol qolu qırılıb, bel sümüyündə çatlar əmələ gəlib, sağ qulağı isə yaxşı eşitmir. Ancaq bununla yanaşı səyyah özünü yaxşı hiss edir. Artıq gənc səyyahın velogəzintisi başa çatıb. Sənədləri ona hücum edənlər tərəfindən yandırılan,əşyaları əlindən alınan səyyah hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.


Səyyahın Afrikada çəkilən şəkili

İxtisasca jurnalist olan Yaşar Xudiyev magistraturanı ABŞ-da oxuyub ,velosipedlə səfərə isə ötən ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İİspaniyadan sonra Afrikaya keçib.

Bu, Yaşar Xudiyevin ilk velosəfəri deyil. O iki il öncə - 2014-cü ildə ABŞ-da 45 günə 5000 km məsafəni qət edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR