Zaqatalada taxıl əkini sahələri əvvəlki illə müqayisədə artıb

Zaqatalada taxıl əkini sahələri əvvəlki illə müqayisədə artıb
02:43 11 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 11 yanvar, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün taxıl səpini başa çatıb. Kampaniya dövründə fermerlər 12 min 221 hektar sahəyə toxum səpiblər. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 73 hektar artıb.
Bu barədə AZƏRTAC-a rayon statistika idarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, taxıl əkinlərinin 8 min 443 hektarını buğda, 3 min 778 hektarını arpa sahələri təşkil edir.
Xatırladaq ki, ötən il rayonun fermerləri 12 min 148 hektar taxıl sahəsindən 34 min 146 ton məhsul götürüblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 28,1 faiz artıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR