Bu gün “Təzəpir” məscidində xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi keçirilir.
Axşam.az-ın məlumatına görə, vida mərasiminin ardından mərhumun nəşi Birinci Fəxri Xiyabana aparılaraq, orada dəfn olunub.
Mərasimdə şair və yazıçılar, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.
Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
Foto: Ramin ASLANOV