“Morgan Stanley”: Neftin qiyməti 20-25 dollaradək ucuzlaşa bilər

“Morgan Stanley”: Neftin qiyməti 20-25 dollaradək ucuzlaşa bilər
16:33 11 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” dolların dəyərinin artmasının neftin qiymətinin 20-25 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bankın analitikləri bazardakı təklif çoxluğunun neftin yalnız 60 dollar/barrel səviyyəsinədək ucuzlaşmasına təsir etdiyini, lakin 55-35 dollar arasında qiymət fərqinin isə dollardan asılı olduğunu bildiriblər.
Analitiklər 2015-ci ilin noyabrından bu vaxtadək neftin ucuzlaşmasına iqtisadi təsirin əsas hissəsinin dollardakı artımla əlaqəli olduğunu bildiriblər: “Dolların dəyərinin 1 faizlik hərəkəti “Brent” neftinin 2 və ya 4 faiz hərəkətinə səbəb olur”.
Qeyd edək ki, “Brent” markalı neft son bir ildə 31 faiz ucuzlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Morgan_Stanley_Neftin_qiymeti_20_25_dollaradek_ucuzlasa_biler-917479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR