Dolların sabaha olan məzənnəsi

Dolların sabaha olan məzənnəsi
18:26 11 Yanvar 2016
211 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-nə manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın 12.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5685 səviyyəsində müəyyən olunub.

Yanvarın 11-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1.7009 manatdan 1.7072-yə yüksəlib. Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0209-dan 0.0208 manata enib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.



Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama (YENİLƏNİB)
500 dollardan çox pul dəyişənlərin nəzərinə
2016-cı ildə manatın taleyi
Dollarla kredit götürənlərin aqibəti...
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR