Bir gündə 3 qadın qazdan zəhərləndi (VİDEO)

Bir gündə 3 qadın qazdan zəhərləndi (VİDEO)
10:31 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Qazax və Tovuzda 3 qadın dəm qazından zəhərlənib.

ANS TV-nin məlumatına görə, Qazax şəhər sakini, 24 yaşlı Telli Qurbanova və rayonun Ağköynək kənd sakini, 39 yaşlı Kəmalə Poladova dəm qazından zəhərlənmə əlamətləri ilə rayonun Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Tovuzda da dəm qazından zəhərlənmə olub. Rayonun Abulbəyli kənd sakini, 27 yaşlı Günel Kərimova dəm qazından zəhərlənmə əlamətləri ilə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardı göstərilib.

Həkim Elman Mürsəlov deyir ki, qadın ilk öncə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hər 3 qadın yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərlənib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR