Öncə iti, sonra sahibini tüfənglə vurdu

Öncə iti, sonra sahibini tüfənglə vurdu
15:05 12 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda qonşular arasında insident baş verib.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Qafqazinfo-ya verilən məlumata görə, hadisə rayonun Aşağı Surra kəndində olub.

Yanvarın 11-də kənd sakini Elsevər Rzayev RPŞ-yə müraciət edərək həmin gün həmkəndlisi Zahid Əliyevin tüfəngin lüləsi ilə onun baş nahiyəsinə xəsarət yetirməsini, habelə açdığı atəşlə onun itini öldürməsini bildirib.

Neftçala RPŞ əməkdaşları tərəfindən Z.Əliyevdən müvafiq sənədləri olmayan "Tula" markalı ov tüfəngi götürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR