"Qiyməti aşağı salmağı düşünmürəm"

"Qiyməti aşağı salmağı düşünmürəm"
15:27 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Səməd Səmədov Yeni ili yataqda qarşılayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi uzun müddətdir qripdən əziyyət çəkdiyini deyib:

"Bayram günü hərarətim 39-u keçmişdi. Güclü qrip oldum. Bir-iki şou proqrama qatıldım, evimə qayıdıb yatdım. O gündən xəstə yatıram. Müalicələr etdirirəm. Evdə məndən sonra həyat yoldaşım, nəvələrim də xəstələndi. İndi özümə gəlmişəm. Uzun müddətdir efirdə görünməməyimin səbəbi də budur".

S.Səmədov toy qiymətindən də bəhs edib. O, qonorarını aşağı salmayacağını bildirib:

"Xalqımı sevirəm, hər zaman onlara xidmət edirəm. Amma toy qiymətimi aşağı salmamışam, heç düşünmürəm də".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR