Evdən çörək almaq üçün çıxdı, geri qayıtmadı - FOTO

Evdən çörək almaq üçün çıxdı, geri qayıtmadı - FOTO
15:42 12 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində 31 yaşlı kişi 10 gündür, itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Energetik küçəsi, 257 ünvanında yaşayan Əlizadə Tağızadə Şirvan şəhər-rayon Polis Şöbəsinə, oğlu - əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Pünhan Tağıyevin itkin düşməsi barədə ərizə ilə müraciət edib. Məlumatda bildirilir ki, o, bu il yanvarın 2-də səhər saatlarında evdən çörək almaq üçün çıxıb və qayıtmayıb.
 
Onun əlamətləri belədir:
Boyu 170-175 santimetr,  əynində qara şalvar, qara kapuşonlu gödəkcə olub.
 
Onu görənlərdən Şirvan polis şöbəsinə 021 215 14 50 və 055 683 43 04 (Əlizadə Tağızadə)  telefon nömrələrinə zəng etmələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR