“Sberbank”: neftin qiymətinin 25 dollaradək ucuzlaşması ciddi problemlər yaradacaq

“Sberbank”: neftin qiymətinin 25 dollaradək ucuzlaşması ciddi problemlər yaradacaq
18:48 12 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ən böyük bankı “Sberbank” (“Сбербанк”) neftin barrel qiymətinin 25 dollaradək ucuzlaşacağı təqdirdə ciddi problemlərin yaşanacağı qənaətindədir.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, “Sberbank”ın rəhbəri German Gref bankın neftin barrel qiymətinin 25 dollara düşmə ssenarisini testdən keçirməyə başladığını bildirib. G.Gref deyib: “Əgər neftin barrel qiyməti 25 dollaradək ucuzlaşarsa və 6 ay həmin səviyyələrdə qalarsa bu vəziyyət ciddi problemlər yaradacaq”.
Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir bareli 31,51 dollara, “Brent”in barreli isə Londonun İCE birjasında 31,76 dollara satılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sberbank_neftin_qiymetinin_25_dollaradek_ucuzlasmasi_ciddi_problemler_yaradacaq-917850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR