Britaniya heyvanların bədənində insan orqanları yetişdirməyə icazə verə bilər

20:23 12 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
“The Telegraph” qəzetinin yazdığına görə, Böyük Britaniya hökuməti insan orqanlarını heyvanların köməyi ilə yetişdirməyə imkan verən texnologiyanın tətbiqini bəyənə bilər.
AZƏRTAC “gazeta.ru” saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın Heyvanları üzrə Houm-Ofis Elmi Komitəsi orqanların yetişdirilməsi üçün istifadə olunan texnologiya və heyvanlar barədə ilk təlimatı bu həftənin sonunda açıqlamağı planlaşdırır. Təlimatda orqan yetişdirilməsi texnologiyalarından və bu məqsəd üçün seçilən heyvanlardan danışılacaq. Alimlər donuz və qoyundan istifadə edəcəklər, çünki bu heyvanlar insan üçün orqan yetişdirməyə daha yararlıdır. Alimlər ilk növbədə qaraciyər, böyrək və ürək yetişdirməyi planlaşdırırlar.
Texnologiyaya icazə verilsə, Böyük Britaniya donor orqanlarının çatışmazlığı problemini heyvanların bədənində orqanlar yetişdirmək sayəsində həll edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniya_heyvanlarin_bedeninde_insan_orqanlari_yetisdirmeye_icaze_vere_biler-917901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR