Bakı, 13 yanvar, AZƏRTAC
ABŞ-ın ilk maliyyə naziri olan Aleksandr Hamiltonun istifadə etdiyi şərab buynuzu hərraca çıxarılaraq 115,620 dollara satılıb.
Hərracın sahibinin sözlərinə görə, alıcı kimliyinin gizli saxlanılmasını istəyib.
Aleksandr Hamilton XVIII əsrdə ABŞ-ın əsasını qoyanlardan biridir və onun portreti 10 ABŞ dolları əskinasının üzərində həkk olunub.