Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib
09:27 13 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib.

Milli.Az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyin məqsədi "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli sərəncamının 3.2-ci bəndinin icrasını təmin etməkdir.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Zaqatala, Ağcabədi, Qazax, Cəlilabad, Quba, Şamaxı filialları "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR