"Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki..."

"Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki..."
12:27 13 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Prezident İlham Əliyev xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sadaladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi: "Təbii ki, son zamanlar bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da öz təsirini göstərdi. Bu proseslərin hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən fəsadları var. İndi hökumət üzvləri prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında müəyyən istiqamətlər üzrə qoyduğu tapşırıqları həyata keçirməlidirlər. Əvvəla, hökumət süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, bu məsələdə təkcə cərimələrlə kifayətlənmək olmaz, hüquq-mühafizə orqanları çox ciddi tədbirlər görməlidirlər. Eyni zamanda, hökumət tərəfindən işbazların vətəndaşların hesabına süni qiymət artımından varlanmasına çox ciddi nəzarət olunmalı və bu nəzarət getdikcə güclənməlidir".

Komitə sədrinin sözlərinə görə, bəzi insanlar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: "Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldurlar".

F.Muradovun fikrincə, növbəti istiqamət yeni iş yerlərinin açılması ilə bağlıdır: "Prezident İlham Əliyev son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub. Dövlət başçısı bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır. Dövlət qurumlarını prezident İlham Əliyevin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət başçısı vurğuladı ki, yerli icra strukturları yeni sənaye parkları, yeni iş yerlərinin açılması məsələlərinə çox ciddi yanaşmalı, bunu dövlətin əsas siyasi prioriteti kimi qəbul etməlidirlər. İnsanlar əmin olmalıdırlar ki, dövlət başçısının bu istiqamətdə atdığı addımların hər biri onların rifahının daha da yaxşılaşdırılması üçündür. Təbii ki, heç də asan dövr deyil. Buna baxmayaraq, dövlət büdcəsində sosial istiqamət üzrə geriləmə yoxdur. Dövlət bütün öhdəlikləri həyata keçirir".

Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır: "Əhali də öz dəstəyini göstərməlidir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik. Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər öz təsirini göstərir. Amma vəziyyət o dərəcədə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək. Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə prezident İlham Əliyevin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nalbandyan həmsədrlərlə görüşdü

23 Sentyabr 2017 11:29

Yeltsinin transeksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT

23 Sentyabr 2017 11:28

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

23 Sentyabr 2017 11:27

Bakıda taksidən mobil telefon oğurlanıb

23 Sentyabr 2017 11:27

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

23 Sentyabr 2017 11:24

“WhatsApp”la bağlı YENİLİK

23 Sentyabr 2017 11:24

"Falçı Səkinə"nin məhkəməsində zərərçəkmiş ifadə verib: "Balam şikəst qaldı, məni sağaldardın da"

23 Sentyabr 2017 11:22

Məşhur milyarder qızına 350 minlik hədiyyə aldı - FOTO

23 Sentyabr 2017 11:18

Dodaq uçuğuna səbəb bu virusdur

23 Sentyabr 2017 11:17

"Nobel"i Merkel yox, Ərdoğan almalıdır

23 Sentyabr 2017 11:15

Röya jurnalistlərlə görüşəcək

23 Sentyabr 2017 11:15

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23 Sentyabr 2017 11:13

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

23 Sentyabr 2017 11:07

Elgiz verilişdən qovuldu - QALMAQAL

23 Sentyabr 2017 11:04

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23 Sentyabr 2017 11:03

İstanbulun bələdiyyə başçısı istefa verdi

23 Sentyabr 2017 11:03

Türkiyə prezidentinin İrana səfərinin tarixi açıqlanıb

23 Sentyabr 2017 11:02

Hər kəsin gözlədiyi DERBİ

23 Sentyabr 2017 10:58

Polad Ələmdar "Kurtlar Vadisi Pusu"nun BAŞLAYACAĞI VAXTI AÇIQLADI - VİDEO

23 Sentyabr 2017 10:53

"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

23 Sentyabr 2017 10:52

Yutubdan vacib yenilik

23 Sentyabr 2017 10:48

Qızıl bahalaşdı

23 Sentyabr 2017 10:45

Tarkandan Rusiyaya GÖZLƏNİLMƏZ JEST - FOTO

23 Sentyabr 2017 10:38

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

23 Sentyabr 2017 10:37

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

23 Sentyabr 2017 10:35

“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

23 Sentyabr 2017 10:35

“Referendum qeyri-qanunidir və qəbul edilə bilməz”

23 Sentyabr 2017 10:35

57 yaşlı əməkdar artistə elçi gəldi: “Kişi xaricidir” – VİDEO - FOTO

23 Sentyabr 2017 10:34

Dünya birjalarında neft

23 Sentyabr 2017 10:34

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

23 Sentyabr 2017 10:33

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

23 Sentyabr 2017 10:32

Təmizlik işləri görməklə çəki ata bilərsiniz

23 Sentyabr 2017 10:30

Bu ölkələr çaylarımızı çirkləndirib

23 Sentyabr 2017 10:28

“Bayer” doğma meydanda xal itirdi

23 Sentyabr 2017 10:19

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

23 Sentyabr 2017 10:18

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 10:14

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

23 Sentyabr 2017 10:12

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

23 Sentyabr 2017 10:07

Son 10 gündə çayların sululuq səviyyəsi

23 Sentyabr 2017 10:06

Heç yerdə görmədiyiniz NADİR TARİXİ FOTOLAR

23 Sentyabr 2017 10:03

Prokuror bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsin hökmündən protest verib

23 Sentyabr 2017 10:02

Elgiz Əkbər işdən qovuldu

23 Sentyabr 2017 10:02

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59

5 yaşlı Medianews.az

23 Sentyabr 2017 09:58

Cəbhədə gərgin gecə

23 Sentyabr 2017 09:55

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

23 Sentyabr 2017 09:53

Türkiyə referendumla bağlı vacib çağırışlar etdi

23 Sentyabr 2017 09:52

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 09:45

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edib

23 Sentyabr 2017 09:42

Atəşkəs 112 dəfə pozuldu

23 Sentyabr 2017 09:39