İlin əvvəlindən 400-dən çox Türkiyə vətəndaşında "donuz qripi" aşkarlanıb

İlin əvvəlindən 400-dən çox Türkiyə vətəndaşında "donuz qripi" aşkarlanıb
13:58 13 Yanvar 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

2016-cı ilin əvvəlindən 463 Türkiyə vətəndaşında "donuz qripi" virusu aşkar edilib. Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

Qeyd edilir ki, bu dövr ərzində Türkiyədə "donuz qripi"ndən 14 nəfər ölüb.

İlin əvvəlindən 2905 nəfər "donuz qripi" şübhəsi ilə ölkə xəstəxanalarına müraciət edib. Onların arasında digər ölkələrin vətəndaşları da olub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR