Sevda şagirdi döyən müəllim haqda: "Vəhşilik"

Sevda şagirdi döyən müəllim haqda:  "Vəhşilik"
13:56 14 Yanvar 2016
128 Şou
Ölkə mətbuatı
A- A+

“Uşaqlara əl qaldırmağın tamamilə əleyhinəyəm. Lakin gördüyüm əksər uşaqların tərbiyəsi məni də bir oğul anası kimi çox narahat edir. Valideynlərin övladlarına verdiyi tərbiyə çox acınacaqlıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva deyib. O, Sumqayıtda şagirdi döydüyü üçün məktəbdən uzaqlaşdırılan müəllim haqqında fikirlərini bölüşüb:

“Valideynlər uşaqlara nə böyüyə hörməti, nə də heyvanla davranışı başa salırlar. Ancaq vəhşilik... İnanmıram ki, müəllim durduğu yerdə şagirdi vursun. Amma o müəllimdir və nümunə göstəricisidir, bu hərkət də səhvdir. Valideynlərə sözüm odur ki, sabah övladınıza siz də sözünüzü keçirə bilməyəcəksiniz. Övladınız ətrafdakına necə davranırsa, sizə betərini göstərəcək. Böyüklərə hörmət öyrədin ki, sizə də onu göstərsinlər. Övladımdır deyib, boş buraxmayın. Bu mənim şəxsi fikrimdir”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR