Türkiyədə ağır yol qəzaları baş verib, onlarla yaralı var

Türkiyədə ağır yol qəzaları baş verib, onlarla yaralı var
07:52 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə Şanlıurfa vilayətinin Siverek şəhərində şagirdləri daşıyan avtobus aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, nəticədə şagirdlərdən biri həyatını itirib, qalan 14 nəfər isə yaralanıb.

Qeyd olunur ki, yaralananlar dərhal xəstəxanaya çatdırılıb.

Həmçinin, Kocaeli vilayətində minik avtomobili ilə mikroavtobus toqquşub. Qəza minik avtomobil sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib: avtomobil qarşı yola çıxaraq mikroavtobusa çırpılıb.

Qəza nəticəsində 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR