Ağcabədidə avtomobil, Tovuzda isə mağaza yandı

Ağcabədidə avtomobil, Tovuzda isə mağaza yandı
08:37 15 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi və Tovuzda yanğın hadisəsi qeydə alınıb.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Ağcabədi rayonunda yanğın  Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  
 
Tovuz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.  
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR