Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7129 meqavata çatdırılıb

Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7129 meqavata çatdırılıb
11:58 15 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7129 meqavata çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, bu il elektrik enerjisinin istehsalı 22,5 milyard kilovat-saat (kVts), istilik elektrik stansiyalarında 20,9 milyard kVts, su elektrik stansıyalarında isə 1,6 milyard kVts enerji istehsal olunub. Ümumilikdə, 2015-ci ildə 22 524,3 milyon kVt enerjinin istehsalına 4,7 milyard kubmetr təbii qaz və 315,6 min ton mazut istifadə edilib. Öz enerji təhlükəsizliyini təmin etmiş respublikamız 2015-ci il ərzində 107,4 milyon kVts idxala qarşı 260,6 milyon kVts elektrik enerjisinin ixracına da müvəffəq olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR