Azərbaycanlı rejissorun müalicəsi davam edir

Azərbaycanlı rejissorun müalicəsi davam edir
16:31 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin səhhəti qənaətbəxşdir.

Axşam.az-ın məlumatına görə, kinorejissorun qızı Səadət Nəbiyeva "Report"a bildirib ki, atasının müalicəsi ev şəraitində davam edir:

"Əvvəllərlə müqayisədə indi vəziyyəti normaldır. Normal danışır, eşidir, qidalanır. Eşitməsi ilə bağlı bir müddət əvvəl problem yaranmışdı. Hazırda problem aradan qalxıb. Çox gümrah görünməsə də, Allahdan ümidimizi kəsmirik".

Qeyd edək ki, ötən ilin sonunda F.Əliyevin vəziyyəti kəskin pisləşmişdi və bir müddət xəstəxanada müalicə olunmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR