Rauf Arifoğlu həyəcan təbili çalır (VİDEO)

Rauf Arifoğlu həyəcan təbili çalır (VİDEO)
01:31 16 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün ANS TV-nin efirində yayımlanan "Nəzər Nöqtəsi" verilişində çap mediasının hazırda üzləşdiyi problemlər, çətinliklər və təbii ki, onun sonrakı aqibəti müzakirə olunub.

Verilişin qonaqları Əməkdar jurnalist, “Yeni Müsavat” media qrumunun təsisçisi və baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı olub.

Qonaqlar aktual mövzu ilə bağlı sualları cavablandırıblar.

– İlk öncə qısaca olaraq vəziyyəti bizə izah edəsiniz. Nə baş verir?

Rauf Arifoğlu: Hazırda ölkədəki mövcud vəziyyəti məhz dünyada baş verən qlobal problemdən qaynaqlanır. Məhz Azərbaycanda manatın təkrarən devalvasiyasından sonra bir gərginlik yaşıyırıq. Çünki biz istehsalçıyıq, qəzet istehsal edirik. Istehsal etdiyimiz qəzeti oxucuya milli valyuta ilə satırıq. Reklam və digər iqtisadi fəaliyyət işləmlərinin hamısını manatla həyat keçiririk. Biz bir gün içində yüzdə əlli faiz kiçildik.

Eyni zamanda qəzet satışından əldə olunan vəsaitin məbləği kiçildi. Eləcə də reklamla bağlı müqavilələr hamısı manatla həyata keçirilib. Nəticədə onlar öz dəyərini itirdi. Bəlli maliyyə-kredit sisteminə uyğun bir sistem vardı ki, əməkdaşlar maaş alırdılar. Bu sistemə uyğun olaraq onlar öz düzənlərin qurublar.

Banklardan kredit götürüblər. Bununla bağlı vəziyyət dəyişdi. Azərbaycan mediasında mini fəlakət vəziyyət yaşanır. Biz böyük korparasiya, media holdinq deyilik ki, milyardlarımız ola, başqa sahələrdən gəlirlərimiz ola ki, bu təlatümün qarşısında duraq. Biz çox kövrək bir vəziyyətdə olan media qruplarıyıq.

Hər kəsə, dinləyicilərə məlumat verirəm ki, Azərbaycan mətbuatı ənənəvi çap mediasını itirə bilər. Yəni biz uzun bir mübarizə və var olma, təkminləşmə mərhələsini keçmiş şəxslər olaraq artıq o həddə gəlib çatmışıq ki, hazırda qara düşünməyə başlamışıq ki, bir neçə aydan sonra ümumiyyətlə Azərbaycanda çap mediası olacaqmı?

– Akif bəy, siz də qara düşünürsüz?

– Sadəcə vəziyyət heç də nikbin olmağa əsas vermir. Manatın məzənnəsinin aşağı enməsi ilə kağızın qiyməti 50 faiz, mətbəə xərcləri isə 25 faiz artıb.

- Əldə etdiyim son məlumatlara görə, ötən aya nisbətdə kağızın tonunda 380 manat artım var. Əvvələr 750 manata alırdıq, indi rəsmi olaraq 1130 manata qalxıb.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR