Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Gülben Ergenin şəxsi instaqram hesabında paylaşdığı foto müzakirələrə səbəb olub. O, paylaşdığı şəklə: "Nəyə baxdığımı, sevincimin səbəbini demərəm, deyə bilmərəm", - yazıb.
Bundan sonra izləyicilər müğənninin hamilə olmasını düşünüblər. Bir müddət əvvəl bu barədə gəzən söz-söhbətlər foto ilə üst-üstə düşüb.
Qeyd edək ki, müğənni hamiləliyi barədə şərhlərə cavab verməyib.
Milli.Az