Həyətində qədim pul tapdı

Həyətində qədim pul tapdı
16:37 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Göyçayın Yalman kənd sakini İsa Cəlilov həyətyanı sahəsindən qədim zamanlarda istifadə olunan dəmir pul tapıb. Həmin pulların əraziyə necə düşdüyü bilinməsə də dəmir sikkələrin üzərində 1865 və 1899-cu illərə aid rus dilində müəyyən yazılar yer alır.

"Gördüm, qədimi puldur, nə təhər olub, bura düşüb. Burada yaşayış məntəqəsi var, olubdur, qədim olub. Amma necə düşüb, bilmirəm. Bir neçə kərə belə qəpiklər rast gəlib mənə, tullamışam, fikir verməmişəm", - deyə kənd sakini İsa Cəlalov bildirib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR