Yüksəkixtisaslı həkim heyətinin Şərur rayonunda keçirdiyi humanitar aksiya başa çatıb

Yüksəkixtisaslı həkim heyətinin Şərur rayonunda keçirdiyi humanitar aksiya başa çatıb
18:03 16 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 yanvar, Rauf Əliyev, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkim heyətinin bu il yanvarın 13-dən Şərur rayonunda keçirdiyi humanitar aksiya başa çatıb.
AZƏRTAC xəbər verir ki, həkimlərdən ginekoloq Kənarə Abdullayeva, kardioloq Nailə Həsənova, endokrinoloq Gülxanım Qurbanova, cərrah Zahid Zahidov, allerqoloq Fəxrəddin Cəfərov, nevropatoloq Qabil Bayramov, qastroloq İradə Abbasova və başqaları Şərur rayonunda müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentləri müayinə və müalicə ediblər.
Humanitar aksiya zamanı, ümumilikdə, 2 min 504 pasiyent müayinə edilib, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 75 əməliyyat həyata keçirilib. Əməliyyatların hamısı uğurlu olub.
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib ki, yalnız sağlam insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən istənilən qədər danışmaq olar. Yeni səhiyyə ocaqları tikilir, onlar müasir tibbi avadanlıqlarla təchiz olunurlar. Bundan başqa, Naxçıvanda tez-tez belə humanitar aksiyalar da keçirilir. Belə tədbirlər xəstələrin muxtar respublikadan kənara getmədən müayinə və müalicəsinin, cərrahi əməliyyatlarının burada təşkilinə imkan verir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuksekixtisasli_hekim_heyetinin_Serur_rayonunda_kechirdiyi_humanitar_aksiya_basa_chatib-919107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR