Amaliya Pənahovanın serialını niyə dayandırdılar?

Amaliya Pənahovanın serialını niyə dayandırdılar?
19:12 30 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Amaliya Pənahovanın Rusiyada çəkildiyi “Jasmin” serialının yayımı dayandırılıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Düzünü desək" verilişinin qonağı olan aktrisa bunun səbəblərini açıqlayıb:

"Serial 200 seriyadan ibarət olmalı idi. 67 seriyası çəkildi. Onun 60-da rol aldım. Çox maraqlı idi. Amma layihəni dayandırdılar, başqa səmtə keçirtdilər. Ekran işində Rusiyanın keçid dövrü əks olunmuşdu. Oradan gedən qadınların Türkiyədəki həyatından bəhs olunurdu. Bu da bəzilərinə xoş gəlmədi.

Baxmayaraq ki, onlar olmuş hadisələr idi. Orada xoşbəxt də, bədbəxt də, düz yol tutan da, pis də var idi. Buna görə dayandırdılar. Layihəni Ukrayna telekanalları aldı, başqa formada çəkdi".

Planlarından danışan A.Pənahova hind rejissorlarla yeni film çəkəcəyini bildirib:

“Bu il “Amal” film prodakşnı yaratmışam. Həmin şirkət Hindistanın “Bollivud” film şirkəti ilə müştərək iş görəcək. Çəkilişlərə gələn ilin yayından başlayacağıq. Aktyorlar, rejissorlar, operatorlar həm bizdən, həm də Hindistandan olacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/316807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR