İranın İsveçrə banklarındakı hesablarına qoyulan həbs qərarı ləğv edilib
Paylaş
42 baxış·1 dəq oxu
Bakı. 25 yanvar. REPORT.AZ/ İranın İsveçrə banklarındakı 11,8 milyon dollar məbləğinə tətbiq olunan həbs qərarı ləğv edilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məlumatı İsveçrənin İqtisadiyyat Nazirliyi də təsdiqləyib. Məlumata görə, hesaba 2007-2012-ci illərdə həbs qoyulmuşdu.