Nigeriyanın Mayduquri şəhərinə hücumun qurbanlarının sayı artır.
Ötən ilədək "Boko Haram" kimi tanınan, sonra adını dəyişərək "İslam Xilafətinin Qərbi Afrika Vilayəti" olmuş terror qruplaşması şəhərə hücum edərək insanları güllələyib, evləri yandırıb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Nigeriya ordusunun yetkilisi, polkovnik Mustafa Ankasın dediyinə görə, terrorçular şəhərin şərq həndəvəri olan Dalorini hədəfə alıblar.
Hücumda 63 dinc sakin öldürülüb.
"Boko Haram"ın lideri Əbubəkar Şekau ötən ilin aprelində "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasına sədaqət andı içib.
"Boko Haram"a qarşı Nigeriya, Çad, Kerune və Niger orduları vuruşurlar.
Milli.Az




