"Report" "Lenta.Ru"ya istinadən xəbər verir ki, 16 deputat təklifin əleyhinə səs verib, 65 nəfər bitərəf qalıb, 27 parlament üzvü isə təklifi dəstəkləyib.
"BSP - Sol Bolqarıstan" parlament qrupunun nümayəndəsi Tasko Yermenkovanın sözlərinə görə, qaz kəmərinin bərpası ölünü canlandırmağa bənzəyirdi.
Xatırladaq ki, "Cənub axını" qaz kəmərinin inşası 2014-cü ilin dekabrında Rusiya tərəfindən dayandırılıb. Səbəb kimi isə Avropa İttifaqı və Bolqarıstan hökumətinin qeyri-müəyyən mövqe tutması göstərilib. Bu il yanvarın 20-də isə "Qazprom" "Cənub axını" qaz kəməri layihəsi üzrə razılaşmanın ləğv edildiyini açıqlayıb.