Aktrisa, müğənni eyni zamanda model Selena Qomez keçmiş sevgilisi Castin Biberlə bağlı açıqlama verib.

ANS TV-nin məlumatına görə, xanım Qomez onlar arasında onların bundan sonra ancaq dost kimi qalacağını və haqqında çıxan söz-söhbətlərdən yorulduğunu bildirib. “Bundan sonra Castin Biberlə aramızda dostluqdan başqa heçnə ola bilməz. Bu barədə çıxan bütün söz-söhbətlərdən yorulmuşam. İstəyirəm ki, Castin bundan sonra xoşbəxt olsun. Amma mən daha onunla birgə ola bilmərəm”- deyə müğənni bildirib.

Castin Biberlə ayrıldıqdan sonra yaranan söz-söhbətlərə əhəmiyyət vermədiyini bildirən ifaçı vaxt keçdikcə bütün bunlardan narahat olduğunu əlavə edib.

“Daha bu söhbətlərin uzanmasını istəmirəm” deyən ifaçının bu sözləri fanatlarını məyus edib.

Selena Qomez və Castin Biberin ayrılmasından uzun müddət keçib. Bu müddət ərzində Selena Qomez özünə yeni sevgilidə tapıb. Buna baxmayaraq, hər iki ifaçının fanatları cütlüyün yenidən birlikdə olmasını istəyirlər.

Selena Qomez fanatlarını məyus etdi (VİDEO)
Selena Qomez və Castin Biber


Selena Qomez açıqlama verib