Moskvanın "Spartak" klubunun türk əsilli alman müdafiəçisi Sədrat Tarkı klubu ilə yollarını ayırıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, futbolçunun agenti Əhməd Bulut buna səbəb olaraq Rusiya-Türkiyə münasibətlərinin pisləşməsini və türk bayrağının yandırılmasını göstərib.
"Spartak" oyunçunu mövsümün sonuna qədər "Bavariya" Münhen klubuna icarəyə verib.

Xatırladaq ki, türk bayrağının yandırıldığı insident dekabrın 4-də "Spartak" - "Krılya Sovetov" matçında baş vermişdi.

Milli.Az