Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start veriləcək. Fanat.az xəbər verir ki, Serbiyada təşkil olunan turnirdə D qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq.
Qrup mərhələsində son matçına çıxacaq yığmamız üçün bu qarşılaşma həlledici xarakter daşıyır. Belə ki, ilk oyunda İtaliyadan 3 cavabsız qol buraxan komandamızın taleyi böyük ölçüdə bu matçdan asılıdı.
Komandamız 4 və ya daha çox top fərqi ilə qalib gəlsə, adını 1/4 finala yazdıracaq. İstənilən hesablı məğlubiyyət isə İtaliya ilə Çexiyanı 1/4 finala daşıyacaqsa, millimiz üçün "AVRO-2016"nın bitməsi anlamına gələcək.
Digər nəticələr isə Faustino Peresin yetirmələrini qeyri-müəyyənlikdə saxlayacaq. Çünki həmin hallarda 1/4 finalçıların adlarına sonuncu turun Çexiya - İtaliya görüşü aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycan - Çexiya oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Avropa çempionatı
Qrup mərhələsi
II tur, D qrupu
5 fevral
00.00 Azərbaycan - Çexiya
Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstrita).
Belqrad. “Belqrad Arena”.
Fanat.az