A–
Belqrad, 8 fevral, AZƏRTAC
Futzal üzrə Avropa çempionatında dörddəbir finala yüksələn Azərbaycan millisi C qrupunda 4 xalla birinci yeri tutan Rusiya yığması ilə qarşılaşacaq. Görüş fevralın 9-da yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 21:30) başlayacaq.
Millimizin qrupundan yüz faizlik nəticə ilə növbəti mərhələyə yüksələn İtaliya yığması isə Qazaxıstan komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Dörddəbir final mərhələsində, həmçinin Ukrayna - Serbiya və Portuqaliya - İspaniya qarşılaşmaları keçiriləcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad