A+
A–

Bakı, 9 fevral, AZƏRTAC
"Bank of Baku" fəaliyyətinin 22-ci ildönümü ərəfəsində müştərilərinə özəl sürpriz dolu kampaniyalara start verir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, fevralın 29-dək "Bank of Baku"da "Dinamik" əmanət hesabı açdıran müştərilər bank tərəfindən müəyyən olunmuş illik faiz dərəcələrindən əlavə gəlir əldə edə biləcəklər. İndi müddətindən asılı olaraq illik 12 faizədək gəlir gətirən manatla yerləşdirilən "Dinamik" əmanətlər +1 faiz, dollar əmanətləri isə illik 6 faizədək gəlir gətirəcək. Kampaniya çərçivəsində əmanətçilər yerləşdirdikləri əmanətə bağlı nağd pul krediti üçün də banka müraciət etmələrinə imkan yaradılır.
Eyni zamanda, kampaniya dövründə əmanət yerləşdirən bütün müştərilərə "Bolkart Debet" kartı pulsuz hədiyyə olunacaq.
Bu kampaniyadan faydalanmaq istəyən müştərilər minimum 500 AZN/USD, maksimum 500.000 AZN/USD yerləşdirməklə hesab açdıra bilərlər. Əmanətçilər vəsaitlərini 3-24 ay müddətinə banka yüksək faizlə əmanət edə bilərlər. Əmanətlərin Sığortalanması Fondunun üzvü olan bank 12 faizədək və ya 30 min AZN-ə qədər yerləşdirilən bütün əmanətlərin tam olaraq sığortalanmasına zəmanət verir.