Bakı. Trend:

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində bu gün Azərbaycan milli komandası Rusiya yığması ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.

Bizi Twitter-dən izləyin: @trend_az