Müğənni Sevda Sanalıyeva “5/5” verilişində “Ana” adlı mahnısını ifa edib. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq müğənninin ifasına canlı yayımda klip çəkiblər. Obrazları isə aktrisalar Mənsumə Babayeva və Zülfiyyə Məmmədova canlandırıb.

S.Sanəliyevanın bu ifası hər kəsi kövrəldib.

Aktrisa Mənsumə Babayeva isə klipdə oynadığı obrazın ona çox pis təsir etdiyini bildirdi:“

“Oğlum 25 yaşında dünyasını dəyişib. Özünü asmışdı. Onu xatırladım, pis oldum. Hər zaman övlad itkisini oynamışam, indi isə ana itkisi oynadım. Bu da mənə pis təsir etdi”.