Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək mərasimdə Azərbaycan millisinin final mərhələsinə gedən yolda son rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayanacaq püşkatmaya 14 ölkə yığmaları qatılacaq. Qrup mərhələsindəki nəticələrə əsasən, Azərbaycan millisi liderlər sırasında yer alıb. Fuastino Peresin rəhbərlik etdiyi komanda qrup mərhələsində İsveç və Belarusu müvafiq olaraq 8:2 və 7:2 hesabı ilə məğlub edib. Yığma qrupun son oyununda Xorvatiya ilə sülh bağlayıb - 4:4.
Reqlamentə əsasən, qrupları birinci yerdə tamamlamış hər bir komanda ikinci yeri tutanlardan biri ilə qarşılaşacaq. Eyni qrupda yer almış komandalar "pley-off"da bir-biri ilə qarşılaşa bilməyəcəklər. Bu isə o deməkdir ki, Azərbaycan yığmasının 6 potensial rəqibi olacaq: Macarıstan, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya.
Qruplar