Bakı. Trend:

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilmiş mərasimdə Azərbaycan millisinin rəqibi müəyyənləşib. Püşkə əsasən, komandamız Niderland yığması ilə qarşılaşacaq.

Püşkün nəticələri:

Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Niderland - Azərbaycan
Macarıstan - İtaliya

Qeyd edək ki, bu mərhələnin oyunları martın 22-si və aprelin 16-da keçiriləcək. Millimiz pley-offda qalib gəlsə, tarixində ilk dəfə dünya çempionatına yüksələcək.

Bizi Twitter-dən izləyin: @trend_az