Şou-biznes nümayəndələri arasında bəziləri uzun müddətdir yaradıcılığında heç bir yenilik etmir. Kimi qalmaqalla, kimi başqa mövzularla gündəmə gəlir, kimi də gündəmdən tamamilə uzaqlaşıb.

Axşam.az 2015-ci ilin tənbəl müğənnilərinin siyahısını təqdim edir:

Əməkdar artist Eyyub Yaqubov da uzun müddətdir gündəmdən uzaqlaşıb. Müğənni nə yeni mahnı təqdim edir, nə də efirlərə qatılır.

Əməkdar artist İlqar Muradov da bir müddətdir yaradıcılıqdan uzaqlaşıb. İfaçı başının rol aldığı “Dronqo” filminə qarışdığını deyib.

Əməkdar artist Aybəniz Haşımova uzun müddətdir yeni mahnı təqdim etmir.

"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva da bir müddətdir gündəmdən uzaqlaşıb. Sənətçi yeni mahnı təqdim etmir. O, 2015-ci ildə "Bakı 2015"in açılış günündə səhnəyə çıxması, bir müddət əvvəl ana olması ilə gündəmə gəlmişdi.

Müğənni Səidə Sultan 2015-ci ildə yeni mahnıdan çox aparıcılıq etdiyi “Əsl şou” və başqa qalmaqallarla gündəmə gəlib.

Müğənni Elton Hüseynəliyev uzun müddətdir sevənlərinə yeni mahnı təqdim etmir. O, depressiyada olduğunu, yaxın günlərdə bir-birindən maraqlı yeniliklər təqdim edəcəyini deyib.

Müğənni Elariz Məmmədoğlu da bir müddətdir yeni mahnı təqdim etmir. Buna baxmayaraq, E.Məmmədoğlu verilişlərə qatılır.

Müğənni Günel Ələkbərova da uzun illərdir yeni mahnılar təqdim etmir. Sənətçi ötən il etdirdiyi fotosessiya ilə gündəmə gəlmişdi. O, açıqlamasında yeni mahnılar üzərində çalışdığını demişdi.