ABŞ-da naməlum şəxs yoldan keçənlərə atəş açıb, 6 nəfər ölüb
Paylaş
·35 baxış·1 dəq oxu
Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatının Kalamazu şəhərində naməlum şəxs öz avtomobilindən yoldan keçənlərə atəş açıb. "Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN məlumat yayıb. İnsident nəticəsində 6 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.