"Tara Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nepal dağları üzərində radardan itib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 18 sərnişin və 3 ekipaj üzvü olub. Pokxara şəhər aerportundan verilən məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yoxa çıxıb.

Hazırda təyyarənin axtarışı davam edir. İlkin ehtimallara görə, təyyarə qəzaya uğrayıb.

Milli.Az