"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət məlumat yayıb.
Məlumata görə, qəza baş verən zaman "Tara Air" şirkətinə məxsus "Twin Otter" tipli təyyarə Pokxaradan Comsa uçuş reysi həyata keçirirmiş. Havaya qalxdıqdan 18 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Hakimiyyət təmsilçilərinin sözlərinə görə, adıçəkilən şəhərlər arasında uçuş-eniş zolağı yoxdur. Ona görə qəza zamanı təyyarənin şəhərlərarası ərazidə hava limanına enməsi mümkün sayılmır.
Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, təyyarənin axtarışı davam etdirilir. 1949-cu ildən, Nepala hava limanına ilk uçuş enişi ediləndən indiyədək ölkədə baş verən 70-dən artıq təyyarə və helikopter qəzası nəticəsində 700-dən çox insan həyatını itirib.
