Əməkdar artist Aybəniz Haşımova İstanbula yollanıb.

Axşam.az-ın məlumatına görə, müğənni orada keçiriləcək “Xocalıya ədalət” adlı tədbirə qatılacaq.

A.Haşımova bu haqda sosial şəbəkədə yazıb:

“Artıq neçə ildir ki, Türkiyənin İstanbul şəhərində mötəbər universitetlər Azərbaycana və ölkəmizin ağır günlərində onun dərdinə şərik olmaq üçün bir araya gəlirlər. Bu tədbirlər bu il də davam edir. Bir neçə universitetin bütün müəllim və tələbə heyəti təşkil olunan “Xocalıya ədalət” tədbirinə qatılacaqlar. Allah millətimizi bir də belə dərdlə sınağa çəkməsin”.

Qeyd edək ki, A.Haşımova Türkiyədə mütəmadi keçirilən bu tədbirə hər il qatılır.

Ermənistan silahlı qüvvələri tərəfindən fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı Soyqırımından 24 il ötür.