Primadonna ilə vida mərasimi başladı.

Bildiyiniz kimi, fevralın 25-də İlhamə Quliyeva vəfat edib. Hazırda xalq artisti ilə vida mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, tədbir R. Behbudov adına mahnı teatrında təşkil olunub. Vida mərasimində xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları, xalq artistləri Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva və digər şəxslər iştirak edir.

Vida mərasimində sənətçinin mahnıları səsləndirilir. Mərasim saat 14:00-a qədər davam edəcək. Daha sonra sənətçinin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana aparılacaq.

İlhamə Quliyeva ilə vida mərasimi başladı

Azərbaycanın xalq artisti İlhamə Quliyeva ötən gün ürək çatışmazlığından vəfat edib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, ötən gün səhər saatlarında xalq artistinin səhhəti pisləşib. Onun ailəsindən çağırış olub.

Ə. Mirəliyevin qızı Samirənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruzə vermirdi".

Allah Rəhmət eləsin!