Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində sənət adamları və yaxınları iştirak ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənət aləminin tanınmış simaları Rəşid Behbudov adına Mahnı Teatrına toplaşıblar.

Müğənni Elnur Məmmədov mərhumla bağlı xatirələrini bölüşüb:

"Azərbaycan incəsənətində ağır itkidir. Çox sevinirəm ki, bizim sənət aləmində belə insan oldu. Dünyasını dəyişənə kimi ağrısını heç kimə hiss etdirmədi. Özünə gözəl hörmət qazandı. Sənətdə olan hər kəsə o cür həyat arzulayıram".

Əməkdar artist Aybəniz Haşımova ailəsinə başsağlığı diləyib:

"Bizim uğurumuz xalqındır. Bizi son mənzilə xalq yola salırsa, bu, gözəldir".

Milli.Az

Tanınmışlar İlhamə Quliyevanın vida mərasimində - FOTO