Kamerun ordusu ölkənin şimal bölgəsində "Boko Haram" qruplaşmasının 86 silahlısını məhv edib.

APA-nın Frans Press agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 5 kamerunlu hərbçi həlak olub.

Şiddətli döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib.

Bundan əvvəl Nigerdə “Boko Haram” qruplaşması ilə əlaqədə şübhəli bilinən 160 nəfərin həbs edildiyi bildirilmişdi.