Bakı. Azad Həsənli - Trend:
Azərbaycan İqtisadiyyat Nazirliyinin hazırladığı korporativ idarəetmə standartlarının tətbiqi xarici investorlar üçün yerli müəssisələrin cəlbediciliyini artırmağa imkan verəcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sənaye müəssisələrində korporativ idarəetmə standartlarının tətbiqinə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu, həmçinin müəssisəni rentabelli etməyə və eyni zamanda, risklərin səmərəli idarə edilməsini, etibarlı hesabatlılıq sistemini təmin etməyə imkan yaradacaq.
Bizi Twitter-dən izləyin: @trend_az