"Biz neft qiymətlərinin çox zəif templə artdığını müşahidə edirik. OPEK üzvü olan və olmayan ölkələr toplanaraq neft qiymətlərinin əhəmiyyətli dərəcədə artımına nail olmalıyıq. Səudiyyə Ərəbistanı da, Rusiya da masa arxasına geri qayıdırlar", -deyə E.Kaçikvu bəyanatında vurğulayıb.
Qeyd edək ki, fevralın 16-da Rusiya ilə OPEK ölkələri arasında (Qətər, Səudiyyə Ərəbistanı, Venesuela) keçirilən görüşdə neft hasilatının 11 yanvar tarixli həcmdə dondurulması qərarı alınmış, daha sonra bu qərara Nigeriya da qoşulmuşdu. Amma İran tərəfinin anlaşmadan imtina etməsi ilə qərar növbəti görüşə qədər ertələnmişdi.