Belqrad sakini Militsa Muçalitsa FİFA-nın yeni prezidenti Canni İnfantinonun həyatını xilas etdiyini iddia edir. Goal.az "Blic" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadın 1970-ci ildə ona xəstəxanadan zəng gəldiyini və isveçrəli bir oğlanın həyatını qorumaq üçün qana ehtiyac olduğunu qeyd edib. Muçalitsa dərhal xəstəxanaya gəlib 350 qram qan verdiyini söyləyib.

"Situasiyanın ciddiliyini anlayırdım. Çünki həmin hadisədən iki ay öncə mənim özümə kömək lazım olmuşdu. Həkim orqanizmdə şiş aşkarlamışdı. Əməliyta olundum və mənə Kanadadan donor tapdılar. İnfantino üçün qan verəndən sonra xəstəxana mənə təşəkkür etdi. Təəssüf ki, Canni ilə heç vaxt görüşməmişəm. Amma bunu çox istərdim".

İnfantino fevralın 26-da Sürixdə FİFA-nın prezidenti seçilmişdi. O, 207 milli assosasiyanın 115-nin dəstəyini qazanmışdı.

Milli.Az